<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>549</hymn_number>
<title>Yaşamağa güc ver mənə İL549</title>
<lyrics>[V1]
 Yaşamağa güc ver mənə.
 Yaşamaqçün heç taqətim qalmayanda,
 Şəkk-şübhələr daxilimə zərbə vurub,
 Parçalayıb, dağıdanda yaşamağa güc ver mənə.
 Hər cür çətin anlarımda, ey Allahım,
 Yalvarıram ver gücündən, ver mənə bol,
 Mənimlə ol, mənimlə ol.

[C1]
   Yaşamağa güc ver mənə.
   Bu günümü, sabahımı ancaq Sənə həsr eyləyim,
   Ürəyimi qurbangahın üzərinə,
   Həyatımı əllərinə verə bilim.
   Yerdəki yaşayışımla
   Əbədi rahatlığı qazana bilim,
   Sən mənim köməkçim, havadarım ol,
   Mənimlə ol, mənimlə ol.

[V2]
 Yaşamağa güc ver mənə.
 Mənimlə birlikdə çörək bölən dostum
 Rəqib olub bu dostluğu unudanda,
 Diləyirəm, qoyma məni tənhalıqda.
 Güc ver mənə unutmayım
 Sənin məni sevdiyini tək qalanda,
 Əziz dostum, sirdaşım ol,
 Mənimlə ol, mənimlə ol.

[V3]
 Yaşamağa güc ver mənə.
 Ən ağır, ən çətin anımda belə
 Dilimdən izzət düşməsin.
 Ata məhəbbətini göstərdin mənə,
 Övladlıq borcum qalmasın.
 Sənə qovuşmağa can atıram mən,
 Sən burda bələdçim, Sən rəhbərim ol
 Mənimlə ol, mənimlə ol.</lyrics>
</song>